Bank Of Baku

AMEA Geologiya İnstitutu “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” adlı elmi nəşrlər silsiləsini Dövlət Mükafatları Komissiyasına təqdim edib

AMEA Geologiya İnstitutu “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” adlı elmi nəşrlər silsiləsini Dövlət Mükafatları Komissiyasına təqdim edib
# 19 may 2010 09:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” adlı elmi nəşrlər silsiləsini Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim edib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu elmi iş elm sahəsində mükafata 7 namizəddən biridir, müəllifləri Adil Əliyev, Elmira Əliyeva, Fərid Dadaşov, Əkbər Feyzullayev və İbrahim Quliyevdir.

Təqdim olunmuş materialda palçıq vulkanları və onların Cənubi Xəzər hövzəsinin neft-qazlılığı ilə əlaqəsi istiqamətində aparılmış elmi tədqiqatların 16 mühüm nəticəsi, bu mövzuda yazılmış monoqrafiyalar, Azərbaycanda və xarici ölkələrdə işıq üzü görmüş çoxsaylı elmi nəşrlər öz əksini tapıb.

Hazırda Komissiyanın tövsiyəsinə uyğun olaraq, dövlət mükafatlarına irəli sürülmüş işlərə müvafiq rəylər əldə etmək üçün yerli və xarici ictimaiyyətdə müzakirələr keçirilir. Artıq Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Geofizika Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu və AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri Geologiya İnstitutunun sözügedən elmi tədqiqat işinə rəsmi olaraq müsbət rəy veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR