Bank Of Baku

Misir Təhsil Nazirliyi Azərbaycana plan təqdim edəcək

Misir Təhsil Nazirliyi Azərbaycana plan təqdim edəcək
# 19 may 2010 09:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil nazirinin müavini, professor Məhəmməd Jaber Abou Əli Azərbaycan ali məktəblərinin rektorları ilə görüş keçirib. APA-nın xəbərinə görə, Misir Mədəniyyət Mərkəzində keçirilən görüşdə nazir müavini ölkəsinin təhsil siyasəti, ali təhsil məktəbləri barədə məlumat verib.

Qonaq bir neçə ildir bəlli sayda azərbaycanlı tələbələrin Misirin ali məktəblərində təhsil aldığını deyib: “Mən Azərbaycan tərəfinə Misir ali məktəblərində yer ayrılması ilə bağlı plan təqdim edəcəyəm. Bu, yeni bir plandır və tələbələrin sayının daha çox olmasını nəzərdə tutur. Misirdə təhsil aldıqları müddətdə azərbaycanlı tələbələr ödənişdən tam azad olacaqlar. Yaxşı oxuyan tələbələrə əlavə təqaüdlər də veriləcək”.

Nazir müavini bu vaxta qədər azərbaycanlı tələbələrin Misirdə əsasən ərəb dili üzrə təhsil aldıqlarını söyləyib: “Biz ərəb dilindən başqa digər ixtisaslar üzrə də təhsil almaları üçün yerlər təklif edə bilərik”.

Görüşdə ali məktəb rəhbərləri, akademik Vasim Məmmədəliyev və digərləri çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR