Bank Of Baku

Ombudsman Aparatı “İnsan hüquqları aylığı”ına başlayıb

Ombudsman Aparatı “İnsan hüquqları aylığı”ına başlayıb
# 19 may 2010 09:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il 18 iyunda Azərbaycanda ənənəvi olaraq qeyd edilən İnsan Hüquqları Günü münasibətilə “İnsan hüquqları aylığı”ına start verilib. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, mayın 18-dən iyunun 18-dək davam edəcək aylığın məqsədi insan hüquqları sahəsində qarşıya çıxan problemlərin həlli yollarını müəyyənləşdirməkdir: “Bu il də bir ay ərzində əhəmiyyətli silsilə tədbirlər keçiriləcək. İnsan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti və digər aidiyyəti təşkilatlar ötən il ərzində fəaliyyətlərindəki irəliləyişlər və problemlər üzrə müxtəlif tədbirlər və müzakirələr təşkil edəcəklər. Aylıq çərçivəsində keçirilən və gerçəkləşdiriləcək tədbirlər haqqında məlumat, habelə insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini ilə əlaqədar təkliflər ombudsmana təqdim ediləcək” .

Aylıq çərçivəsində həmçinin “İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri” mövzusunda Ombudsmanların VIII Beynəlxalq Bakı konfransı da keçiriləcək. İyunun 17-19 da keçiriləcək bu tədbirə müxtəlif ölkələrin ombudsmanları iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR