Bank Of Baku

Azərbaycanın təhsil naziri: “Təbii fəlakət bölgəsindəki məktəblərdə dərslər vaxtından iki həftə əvvəl dayandırılacaq”

Azərbaycanın təhsil naziri: “Təbii fəlakət bölgəsindəki məktəblərdə dərslər vaxtından iki həftə əvvəl dayandırılacaq”
# 19 may 2010 10:55 (UTC +04:00)
Onun sözlərinə görə, hazırda təbii fəlakət bölgəsində vəziyyət çox çətindir: “Biz həmin bölgələrdəki məktəblərlə bağlı bu gün qərar qəbul edəcəyik. Bu gün həmin rayonların təhsil şöbələri ilə əlaqə saxlayacağam. Biz Sabirabadda, Şirvanda, Hacıqabulda, İmişlinin və Salyanın bir neçə kəndində məktəblərin fəaliyyətini vaxtından iki həftə əvvəl dayandıracağıq. İlk əvvəl evlərindən didərgin düşən həmin insanları yerləşdirməliyik. Sentyabrın 15-dək o adamlar evlərinə qayıdana qədər məktəblərin də fəaliyyəti bərpa ediləcək”.

M. Mərdanov deyib ki, həmin bölgələrdə mərkəzləşmiş buraxılış imtahanlarının da vaxtı dəyişdirilib: “Biz həmin bölgələrdə iyunun 3-də imtahan keçirməli idik. Lakin bu imtahanların vaxtını dəyişdik. İmtahanla bağlı qərarımızı gələcəkdə deyəcəyik”.

Nazir təbii fəlakət bölgəsindəki təhsil müəssisələrinin sayı ilə bağlı konkret rəqəm söyləməyib. O bunu belə məktəblərin sayının hər gün dəyişməsi ilə izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR