Bank Of Baku

“Təhsil, zaman və biz” adlı sərgi keçirilib

“Təhsil, zaman və biz” adlı sərgi keçirilib
# 19 may 2010 11:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Əl Oyunları Sarayında Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Təhsil, zaman və biz” adlı sərgi keçirilib. APA-nın məlumatına görə, ilk dəfə təşkil olunan sərgidə idarənin tabeçiliyindəki ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri nailiyyətlərini 44 bölmə üzrə nümayiş etdiriblər.

Sərgidə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib ki, hazırda təhsil sisteminin inkişafına yönələn 16 dövlət proqramının icrası Bakı təhsili üçün də uğurlu nəticələr verib: “Bakıda 14 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, 19 bağçada əsaslı təmir işləri aparılıb. Son illər 25 yeni məktəb binası istifadəyə verilib, 161 məktəb üçün əlavə korpus binası tikilib, 129 məktəb əsaslı təmir edilib, 350 məktəbin istilik sistemi bərpa olunub, 180 məktəb müasir avadanlıqlarla təchiz edilib”.

N. Rzaquliyevanın sözlərinə görə, 2009-2010-cu dərs ilində ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin məzunlarının çəkisi artıb. Nəticədə paytaxtın builki məzunlarının 42,17 faizi tələbə adını qazanıb. Orta balı 250-dən yuxarı olan məktəblərin sayı son 2 ildə 72-dən 160-a, balı 300-dən yuxarı məktəblərin sayı isə 17-dən 49-a yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR