Bank Of Baku

Dövlət Baytarlıq Xidməti: Sabirabadın Qaragüney kəndində mal-qaranın dabaq xəstəliyinə tutulması barədə məlumatlar əsassızdır

Dövlət Baytarlıq Xidməti: Sabirabadın Qaragüney kəndində mal-qaranın dabaq xəstəliyinə tutulması barədə məlumatlar əsassızdır
# 19 may 2010 13:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Dövlət Baytarlıq Xidmətinin (DBX) bəzi KİV-lərdə qeyd olunan kənddə dabaq xəstəliyinin olması ilə bağlı yayılan məlumatlara dair açıqlamasında bildirilib.

Məlumatları təkzib edən Dövlət Baytarlıq Xidməti bildirir ki, xəbər ajiotaj xarakteri daşıyır. Ötən dövrdə Sabirabad rayonu iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi üçün lazımi vaksinlərlə təmin edilib. Təkcə Qaragüney kəndində deyil, bütövlükdə ölkədə iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət stabildir.

DBX-nin məlumatında o da bildirilir ki, Qaragüney kəndində bir baş heyvanın tələf olması ilə bağlı daxil olan məlumat araşdırılıb. Nəticədə heyvanın dabaqdan deyil, qan-parazitar xəstəliyindən (qızdırmadan) öldüyü müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR