Bank Of Baku

Qax rayonunda kitab bayramı keçirilib

Qax rayonunda kitab bayramı keçirilib
# 19 may 2010 21:17 (UTC +04:00)
Qax. Vüqar Heydərov. APA. Azərbaycanın Qax rayonunda “Kitab-İntellektin açarıdır” adlı kitab bayramı keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon icra hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramının icrası məqsədi ilə təşkil edilmiş «Kitab-İntellektin açarıdır» adlı 3-cü kitab bayramında rayonun icra strukturları, rayon ziyalıları və Respublikanın bır sıra bölgələrindən qonaqlar iştirak edib.

Tədbir iştirakçıları kitab sərgisində təşkil edilmiş, «Heydər Əliyev və müasir Azərbaycan», «Milli-mənəvi dəyərlərimiz», «Nağıllar aləmində», «Tarixi-mədəniyyət abidələrimiz», «Qax-80», «Qaxda ekologiya ili» adlı bölmələrdə yüzlərlə müxtəlif adda kitablarla tanış olublar.

Tədbirdə ərəfəsində Qax rayon mədəniyyət evinin , uşaq incəsənət məktəbinin, Qax Dövlət Kukla teatrının, İlisu və Qum kənd mədəniyyət evləri kollektivlərinin hazırladığı səhnəciklər və rəqslər nümayiş etdirilib, şagirdlərin ifasında elm və təhsilə dair görkəmli yazarların əsərlərindən müxtəlif parçalar səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR