Bank Of Baku

Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Diplomdan sonrakı Tibb Akademiyası ilə saziş imzalayıb

Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Diplomdan sonrakı Tibb Akademiyası ilə saziş imzalayıb
# 20 may 2010 07:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Diplomdan sonrakı Tibb Akademiyası ilə saziş imzalayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sazişə əsasən Rusiyanın tanınmış müəllim və professor heyəti azərbaycanlı müdavimlərə bir aylıq səyyar təkmilləşdirmə kursları keçməyə başlayıb.

İlkin mərhələdə kurslara 22 anestezioloq cəlb olunub. Kurslar iki rusiyalı tanınmış mütəxəssis tərəfindən həyata keçirilir.

May ayının sonunda isə neyrocərrahiyyə və USM diaqnostikası sahələrinə dair kursların keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR