Bank Of Baku

Sabah Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Məzun – 2010” V Respublika yarmarkası keçiriləcək

Sabah Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Məzun – 2010” V Respublika yarmarkası keçiriləcək
# 20 may 2010 08:40 (UTC +04:00)
Bakı-APA. Mayın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Məzun – 2010” V Respublika yarmarkası keçiriləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. Yarmarkada 70-dən yuxarı şirkət və təşkilatlar vakansiyalarla iştirak edəcək.

Qeyd edək ki, son 5 il ərzində davamlı olaraq Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən ənənəvi “Məzun yarmarkası”nda 1800 nəfərdən çox gənc işlə təmin edilib. Məzun yarmarkalarında dövlət qurumları, holdinq, bank, sığorta şirkətləri, istehsal müəssisələri, informasiya texnologiyaları və xidmət müəssisələri öz nümayəndələri vasitəsilə təmsil olunmaqla, potensial kadr ehtiyaclarıının təmin edilməsini həyata keçirir.
Yarmarkanın keçirilməsində məqsəd ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir.

Məzun yarmarkası Azərbaycan Dövlət İqtisad Universitetinin 1 saylı tədris korpusu, İstiqlaliyyət küçəsi, 6 ünvanında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR