Bank Of Baku

Təbii fəlakətdən zərər çəkmiş pensiyaçıların müavinətlərinin maliyyələşdirilməsi başa çatıb

Təbii fəlakətdən zərər çəkmiş pensiyaçıların müavinətlərinin maliyyələşdirilməsi başa çatıb
# 20 may 2010 09:45 (UTC +04:00)
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, DSMF Kür və Araz çaylarının daşmasından zərər çəkmiş rayonlar (Sabirabad, Şirvan, Zərdab, İmişli, Neftçala, Saatlı, Salyan, Kürdəmir, Hacıqabul) üzrə əmək pensiyalarının maliyyələşdirilməsini tam başa çatdırıb.

Baş vermiş təbii fəlakət nəticəsində yaşayış yerini itirmiş ailələrə pensiyaların çatdırılması DSMF tərəfindən xüsusi nəzarətə götürülüb. Belə ki, DSMF-nin qeyd olunan rayonlar üzrə şöbələri bu istiqamətdə müvafiq işləri həyata keçirmək və prosesi sürətləndirmək üçün tədbirlərin icrasına başlayıblar.

Öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş insanlara əmək pensiyalarının təcili çatdırılması üçün POS-terminallar və digər vasitələrdən istifadə olunur. Eləcə də pensiyaçılarla daimi təmasda olmaq, onlara mənəvi-psixoloji yardım etmək, müraciətlərini operativ həll etmək məqsədilə yerlərdə xüsusi işçi qruplar təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR