Bank Of Baku

Bakıda “Rusiyada təhsil-2010” adlı sərgi keçiriləcək

Bakıda “Rusiyada təhsil-2010” adlı sərgi keçiriləcək
# 20 may 2010 11:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 21-22-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Rusiyada təhsil-2010” adlı təhsil sərgisi keçiriləcək. APA-nın xəbərinə görə, “Rakus” Assosiasiyası sərgidə Rusiyada təhsil imkanları barə ətraflı məsləhətlər verəcək.

“Rakus”un baş direktoru Avbakar Nutsalov bildirib ki, Rusiya il ərzində 10300 əcnəbi tələbəyə təqaüd ayırır və bu rəqəmin müəyyən hissəsi Azərbaycanın payına düşür. O, Azərbaycanla Rusiya arasında ali təhsil diplomlarının tanınması məsələsində heç bir problem olmadığını söyləyib.

Qeyd edək ki, “Rakus” Assosiasiyasına Rusiyanın Avropa hissəsindəki 10 şəhərdə fəaliyyət göstərən 30-dan çox dövlət universiteti daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR