Bank Of Baku

İstanbulda “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının təqdimat mərasimi keçirilib - FOTO

İstanbulda “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 20 may 2010 12:43 (UTC +04:00)
Bakı-APA. İstanbulda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr Hidayət Orucovun türk dilində yenicə çapdan çıxmış “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının təqdimat mərasimi keçirilib. Komitədən APA-ya verilən məlumata görə, tədbirdə millət vəkilləri, elm və təhsil xadimləri, İstanbulda akkreditə olunmuş diplomatlar, səfirlik əməkdaşları və tələbələr iştirak ediblər. Tədbirdə “Heydər Əliyev. O, Azərbaycan deməkdir” adlı sənədli film nümayiş etdirilib. Daha sonra tədbirdə Dialoq-Avrasiya Platformunun rəhbəri Harun Tokak, Azərbaycanda Atatürk Mərkəzinin sədri, millət vəkili Nizami Cəfərov, Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov, Türkiyə Böyük Millət Məclisinin üzvü Mehmet Müəzzinoğlu, maarif xadimi Əli Bayram, Azərbaycanda Çağ - Öyrətim Şirkətlər Qrupunun prezidenti Ənvər Özərən, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar, professorlar İdris Bal, Əbdülvahab Kara və Gökxan Bacık, Mərmərə vəqflər qrupunun rəhbəri Akkan Sünər, sabiq millət vəkili Şamil Ayrım və başqaları çıxış ediblər.
Mərasimdə tövsiyə olunub ki, “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabı digər türkdilli xalqların dilinə də tərcümə olunub yayılsın. İştirakçılar Türkiyədə Heydər Əliyev Mərkəzinin yaradılması barədə təklif irəli sürüblər.
Hidayət Orucov isə çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini xatırladıb, Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı münasibətlərin bugünkü inkişafında rolunu xüsusi qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR