Bank Of Baku

Azərbaycanlı uşaq cərrahlarının bilik və təcrübələrinin artırılması məqsədi ilə iki həftəlik seminar başlayıb

Azərbaycanlı uşaq cərrahlarının bilik və təcrübələrinin artırılması məqsədi ilə iki həftəlik seminar başlayıb
# 20 may 2010 13:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanlı uşaq cərrahlarının bilik və təcrübələrinin artırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunda iki həftəlik seminar öz işinə başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda bölgələrdən gələn 30-a yaxın uşaq cərrahı iştirak edir.
Seminarda iştirak edən Türkiyənin Ege Universitetinin mütəxəssisləri yerli həkimlərə mühazirələr oxuyur, ölkələrinin pediatriya sahəsində əldə etdiyi yeni nailiyyətlər haqda məlumat verirlər. Seminar çərçivəsində türkiyəli və yerli mütəxəssislərin iştirakı ilə 7 aylıq uşaq və 15 yaşlı pasiyent üzərində mürəkkəb cərrahiyyə əməliyyatı həyata keçirilib. Qonaqlar Azərbaycandakı tibb müəssisələrində yaradılmış şərait və mövcud tibbi avadanlıq ən müasir üsullarla uğurlu əməliyyat aparmağa imkan verdiyini xüsusi ilə vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR