Bank Of Baku

Azərbaycan Dövlət Neft Akademiyasının Misirin Süveyş Kanalı Universitetinin nəzdində filialının açılması nəzərdə tutulur

Azərbaycan Dövlət Neft Akademiyasının Misirin Süveyş Kanalı Universitetinin nəzdində filialının açılması nəzərdə tutulur
# 20 may 2010 14:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Ali, Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur və Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darvişlə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov bildirib ki, qədim tarixi köklərə malik olan Azərbaycan-Misir əlaqələri başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməkdədir. Hazırda Azərbaycanın ali məktəblərində 29 nəfər Misir Ərəb Respublikasının vətəndaşı təhsil alır, onlardan 26-sı magistratura və aspirantura səviyyələrində dövlət xətti ilə oxuyur. Eyni zamanda nazir Misir tərəfinin 2010-2011-ci tədris ilində daha 11 vətəndaşının Azərbaycanda dövlət xətti üzrə təhsil alması təklifi ilə Təhsil Nazirliyinə müraciət etdiyini diqqətə çatdırıb. Misirin ali məktəblərində isə 21 azərbaycanlı tələbə təhsil alır. Nazir ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqdan da söz açıb, bir müddət öncə əldə edilən müvafiq razılaşmaya əsasən, Azərbaycan Dövlət Neft Akademiyasının Misir Ərəb Respublikasında filialının açılması üzrə məsələyə də toxunub.

Məhəmməd Cabir Əbu Ali bildirib ki, Azərbaycan Dövlət Neft Akademiyasının Misirin Süveyş Kanalı Universitetinin nəzdində filialının açılması nəzərdə tutulur. Çıxışının sonunda Məhəmməd Cabir Əbu Ali Təhsil Nazirliyinin nümayəndə heyətini öz ölkəsinə rəsmi səfərə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR