Bank Of Baku

Sabah Qafqaz Universitetində məzun və tələbələr üçün əmək yarmarkası keçiriləcək

Sabah Qafqaz Universitetində məzun və tələbələr üçün əmək yarmarkası keçiriləcək
# 20 may 2010 15:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti mayın 21-də Qafqaz Universitetində məzun və tələbələr üçün əmək yarmarkası keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda fəaliyyət göstərən 91 müəssisə və təşkilat 720-yə yaxın ixtisaslaşmış iş yerləri ilə iştirak edəcəklər. Bakı şəhər Məşğulluq İdarəsinin məlumat bazasında mövcud olan iş yerləri də məzun və tələbələrin sərbəst seçiminə təqdim ediləcək. Tədbirdə məzun və tələbələrin müvəqqəti xarakterli işlə təmin olunması məqsədilə Əmək Birjası da iştirak edəcək. Məzun və tələbələr üçün növbəti tədbir mayın 26-da Azərbaycan Texniki Universitetinin İdman sarayında keçiriləcək.

Qeyd edək ki, 2007-ci ildən başlayaraq Baş Məşğulluq İdarəsi və onun yerli orqanları tərəfindən Bakı, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərinin ali təhsil ocaqlarının məzun və tələbələrinin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında tədbirlər təşkil olunaraq həyata keçirilir. Keçirilən tədbirlər nəticəsində 2009-cu ildə 470 müəssisə 2351 boş (vakant) iş yerləri ilə iştirak edib, nəticədə 431 nəfər məzun və tələbə işlə təmin olunub, 256 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədilə qeydiyyata alınıb, 5755 nəfər məzun və tələbə tərəfindən müəssisələrə şəxsi məlumatlar təqdim olunub, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədilə isə 201 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınıb. Bu tədbirlərin keçirilməsində məqsəd iş adamlarına (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasına köməklik göstərmək və eyni zamanda məzun və tələbələrin ixtisasları üzrə boş (vakant) iş yerləri haqqında məlumat almalarına köməklik göstərməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR