Bank Of Baku

“Fuji Optika” Şirkəti rəhbərinin başçılıq etdiyi missiya Azərbaycana gəlib

“Fuji Optika” Şirkəti rəhbərinin başçılıq etdiyi missiya Azərbaycana gəlib
# 20 may 2010 15:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Fuji Optika” şirkətinin rəhbəri Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə APA-ya BMT-nin Azərbaycandakı ofisinin mətbuat xidmətindən məlumat verilib. Nümayəndə heyəti Mingəçevir və Ağcabədi rayonunda, həmçinin Bakı ətrafı ərazilərdə məskunlaşan məcburi köçkünlər və xaricdən gələn qaçqınlar üçün tibbi xidmətlər göstərərək eynəklər paylayacaqlar. Bu xeyriyyə missiyası BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən birgə təşkil edilib.
Azərbaycana səfərin sonunda, mayın 27-də A. Kanainin başçılıq etdiyi heyət baş nazirin müavini Əli Həsənovla görüşəcək.

Qeyd edək ki, bu, A. Kanainin Azərbaycana altıncı səfəridir. A. Kanainin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana sonuncu səfəri 2009-cu ilin may ayında olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR