Bank Of Baku

Bakı İslam Universitetinə “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edilib

Bakı İslam Universitetinə “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edilib
# 20 may 2010 15:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı İslam Universitetinə 2010-2011-ci tədris ili üçün “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra mayın 31-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədin əsli, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil və təsdiq olunmuş elektron ərizənin surəti lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR