Bank Of Baku

Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti Azərbaycanda səfərədədir

Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti Azərbaycanda səfərədədir
# 21 may 2010 07:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiya sədri Bəhram Xəlilov qonaqları qəbul edib. Görüşdən sonra qonaqlar komissiyanın test mərkəzi ilə tanış olublar. Burada onlara dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin test imtahanın təşkili barədə ətraflı məlumat verilib. Test imtahanının Azərbaycanda ilk dəfə olaraq kompyuter vasitəsi ilə keçirilməsi və bununla bağlı “Dövlət qulluğuna qəbulun elektron idarə edilməsi sistemi”nin tərkib hissəsi kimi Komissiya tərəfindən hazırlanmış xüsusi proqram təminatı - “Test imtahanı” sisteminin işi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Sonra Komissiyanın əməkdaşları “Azərbaycan Respublikasında dövlət qulluğunun tənzimləmə institutları”, “Azərbaycan Respublikasında dövlət idarəçilik sistemi”, “Azərbaycan Respublikasında dövlət orqanlarının yaradılması”, “Azərbaycan Respublikasında dövlət qulluğuna qəbul və qulluqda yüksəliş” və “Azərbaycan Respublikasında dövlət qulluqçularının əlavə peşə təhsili” mövzularında təqdimatla çıxış ediblər.
Maliyyə Nazirliyində bu dövlət orqanının işi ilə tanış olduqdan sonra qonaqlar üçün Komissiya əməkdaşlarının hazırladığı “Azərbaycan Respublikasında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Dövlət qulluğuna xitam verilməsinin əsasları və intizam tənbeh tədbirlərinin tədbiqi” mövzularında təqdimatları olub.

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”nın təcrübə mübadiləsi məqsədi ilə dövlət qulluqçularının qarşılıqlı səfərlərinin təşkil edilməsi müddəasına uyğun olaraq cari ilin sentyabr ayında Azərbaycan Respublikasının bir qrup dövlət qulluqçusu Türkiyə Respublikasına səfər edəcək.

Qeyd edək ki. nümayəndə heyətinin səfəri “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində hazırlanmış və ötən il dekabrın 21-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”nın təcrübə mübadiləsi məqsədi ilə dövlət qulluqçularının qarşılıqlı səfərlərinin təşkil edilməsi müddəasına uyğun olaraq həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR