Bank Of Baku

Beynəlxalq Qızıl Xaç Komitəsinin 2009-cu ildəki fəaliyyətinə dair hesabatı açıqlanıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin 2009-cu ildəki fəaliyyətinə dair hesabatı açıqlanıb
# 21 may 2010 08:09 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2009-cu ildəki fəaliyyətinə dair ilik hesabatı açıqlanıb. BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hesabatda bildirilir ki, müasir silahlı münaqişələrin qurbanları davam edən təhlükə ilə bağlı bir sıra təzyiq və problemlərlə üzləşirlər. Bunların arasında həm qısa müddətli problemlər, həm də təhlükəsizlik, su, sığınacaq və tibbi yardım kimi daima təkrarlanan ehtiyaclardan tutmuş kasıbçılıq, lazımınca qidalanmama, məktəbin, iş yerinin və səhiyyə xidmətinin olmaması kimi xroniki olaraq davam edən problemlər də var : «Bu hesabat Əfqanıstan, İraq, İsrail, zəbt olunmuş Fələstin torpaqları, Somali, Sudan, Kolumbiya və Filippin adaları kimi ərazilərdə yaşayan insanların on illər boyunca üzləşdikləri əziyyətlərin yalnız qısa anlarını əks etdirir".

BQXK prezidenti Yakob Kellenberqer çöz çıxışında bunları deyib : « Siz bizim 10, 20 və hətta 30 il bundan əvvəlki hesabatlarımıza baxarkən eyni kontekstlərin artıq münaqişəyə çevrildiyini və ya müharibə ərəfəsində olduğunu görürsünüz. Məni narahat edən məsələ bu dağıdıcı müharibələrin bütöv nəsillərin həyatlarına məhvedici təsir göstərməsidir".
y. Kellenberqer bildirib ki, bu hallara daha çox cəlb olunmaq və hadisə yerlərində daima olmaqla BQXK münaqişə fəalkətinə düçar olmuş ölkələrdə insanların həm təcili, həm də uzun müddət davam edən ehtiyaclarını başa düşməyə və onlara daha effektiv şəkildə cavab vermək imkanı qazanıb.

Qeyd olunub ki, 2009-cu ildə ehtiyaclara cavabın bir hissəsi olaraq BQXK yerli icmalarla daha sıx əlaqəsi olan Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə ərazilərdə apardığı əməkdaşlığı gücləndirib və bununla da ehtiyacı olanlara, xüsusilə də daha az əlçatan yerlərdə yaşayanlarla yaxın əlaqə yaradılmasını təmin edib.

İllik hesabatı Cenevrədə təqdim edərək cənab Y. Kellenberqer hökumətlərə müraciət edərək silahlı münaqişələrin və digər zorakılıqların mülki əhaliyə təsirini azaltmaq üçün öz səylərini ikiqat artırmağa çağırıb.
Məlumata görə, BQXK 2009-cu il ərzində 1,06 milyard İsveçrə frankı sərf edib ki, bu da 2008-ci ildə rekord həddə çatan 1.1 milyard frank məbləğində olan xərclərdən cəmi bir qədər azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR