Bank Of Baku

Hidrometeoroloqlar Azərbaycan ərazisində leysan və dolu proqnozlaşdırırlar

Hidrometeoroloqlar Azərbaycan ərazisində leysan və dolu proqnozlaşdırırlar
# 21 may 2010 08:59 (UTC +04:00)
Cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 22-24 dərəcə, axşam 16-18 dərəcə isti olacaq.

Mayın 22-də havanın tutqun keçəcəyi, mayın 21-dən 22-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.

Mayın 23-də havanın tutulub açılacağı, axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 23-25 dərəcə isti olacaq.

Mayın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 14-17, gündüz 22-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 22-də, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 7-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

Mayın 23 və 24-də də yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR