Bank Of Baku

Bazar günü rus bölməsinin abituriyentləri üçün keçiriləcək “Azərbaycan dili” imtahanında 11041 abituriyent iştirak edəcək

Bazar günü rus bölməsinin abituriyentləri üçün keçiriləcək “Azərbaycan dili” imtahanında 11041 abituriyent iştirak edəcək
# 21 may 2010 09:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə TQDK-nın yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, imtahanda 11041 abituriyentin iştirakı nəzərdə tutulur: Bakı şəhərində 7648, Naxçıvanda 35, Gəncədə 1633, Sumqayıtda 584, Şəkidə 306, Lənkəranda 192, Qubada 643 nəfər imtahan verəcək.

İmtahan Bakı şəhərində 10, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçiriləcək. İmtahanın idarə olunması üçün 80 imtahan rəhbəri, 777 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan bütün şəhərlərdə saat 14.00-da başlayacaq. Qəbul qaydalarına uyğun olaraq mayın 23-də keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 2010-cu il mayın 14-nə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.

“Elektron ərizə”lərini Sənəd Qəbulu Komissiyalarında (SQK) mayın 14-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə iyunun 20-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.

İmtahan 45 dəqiqə ərzində aparılacaq və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir. Abituriyentin “məqbul” qiymət alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından öyrənə biləcəklər.

Mayın 23-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlər iyunun 20-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR