Bank Of Baku

Leysan yağışlar Siyəzən rayonunda fəsadlar törədib

Leysan yağışlar Siyəzən rayonunda fəsadlar törədib
# 21 may 2010 09:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Leysan yağışlar Azərbaycanın Siyəzən rayonunda fəsadlar törədib. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, mayın 20-də respublikanın bəzi şimal rayonlarında hava şəraiti kəskin dəyişib, dağlıq ərazilərdə leysan xarakterli yağışlar yağıb. Nəticədə, Ataçay çayının Siyəzən rayonu ərazisindən keçən hissəsində gursululuq yaranıb və sahil-mühafizə bəndinin bir hissəsi dağılıb. Rayonun Böyük Həmyə və Balaca Həmyə kəndlərində bəzi ərazilər daşqın suları ilə dolma təhlükəsi ilə üzləşib. Yağıntıların səbəb olduğu sel nəticəsində Ataçayın üzərindən salınmış qaz boru xəttinin bir hissəsi dağılıb. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmayıb. Görülmüş tədbirlər nəticəsində gecə saatlarında bənd bərpa olunub. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR