Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsi ilə bağlı məlumat yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsi ilə bağlı məlumat yayıb
# 21 may 2010 10:10 (UTC +04:00)
Departamentdən APA-ya verilən məlumata görə, dünən səhər 8.00-dan bu gün 8.00-a qədər Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi 418 sm, su sərfi 750 m3/s təşkil edib, səviyyə 14 sm azalıb.

Yevlaxda səviyyə 395 sm, su sərfi 745 m3/s təşkil edib, səviyyə 18 sm artıb. Zərdabda səviyyə 768 sm, su sərfi 893 m3/s təşkil edib, səviyyə 2 sm azalıb. Surrada səviyyə 953 sm, su sərfi 1987 m3/s təşkil edib, səviyyə 3 sm artıb. Şirvanda səviyyə 847 sm təşkil edib, səviyyə dəyişməyib. Salyanda səviyyə 825 sm, su sərfi 1680 m3/s təşkil edib, səviyyə 6 sm azalıb. Bankədə səviyyə 493 sm təşkil edib, səviyyə 4 sm azalıb.

Araz çayının Novruzlu məntəqəsində səviyyəsi 731 sm, su sərfi 796 m3/s təşkil edib, səviyyə 3 sm artıb. Qanıx çayının Əyriçay məntəqəsində səviyyəsi isə 760 sm, su sərfi 290 m3/s təşkil edib, səviyyə 7 sm azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR