Bank Of Baku

Qafqaz Universitetində məzun və tələbələr üçün əmək sərgisi keçirilib

Qafqaz Universitetində məzun və tələbələr üçün əmək sərgisi keçirilib
# 21 may 2010 10:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakıda Qafqaz Universitetində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti tərəfindən təşkil edilmiş məzun və tələbələr üçün əmək sərgisi keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, sərgidə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda fəaliyyət göstərən 91 müəssisə və təşkilat 716 ixtisaslaşmış iş yerlərini təqdim edib: “Vakant yerlər üzrə ən aşağı əmək haqqı 160-180 manat, yüksək əmək haqqı isə 700-800 manat təşkil edir. Tələbat əsasən informasiya texnologiyaları üzrə mütəxəssislərə və digər sahələr üzrə müşahidə olunur”.

N.Məmmədovun sözlərinə görə, analoji əmək sərgiləri və yarmarkaları bu il ötən illə müqayisədə daha aktiv keçiriləcək. Belə ki, mayın 26-da Texniki Universitetdə, iyunun 10-da isə Turizm İnstitutunda növbəti əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulub: “Bizim əsas məqsədimiz ilk növbədə sahibkarlara mütəxəssislər üzrə seçim etmək üçün imkan yaratmaqdır. Eyni zamanda gənclər bu cür yarmarkalarda boş vakant iş yerləri haqda ətraflı məlumat əldə edirlər”.

Qafqaz Universitetinin rektoru Ahmet Saniç öz növbəsində əmək sərgilərinin keçirilməsi tələbələrə iş dünyasında hansı işçilərə tələbat olduğunu və onlara düzgün peşə seçimi etməyə imkan verdiyini bildirib.

Bakı şəhər Məşğulluq İdarəsinin məlumat bazasında mövcud olan iş yerləri də məzun və tələbələrin sərbəst seçiminə təqdim edilib.

Tədbirdə məzun və tələbələrin müvəqqəti xarakterli işlə təmin olunması məqsədilə Əmək Birjası da iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR