Bank Of Baku

Nazir: “Daşqın olan rayonların hansında çətinlik varsa, orada mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirilməyə bilər”

Nazir: “Daşqın olan rayonların hansında çətinlik varsa, orada mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirilməyə bilər”
# 21 may 2010 12:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.
Fəlakət bölgəsində yerləşən rayonlarda buraxılış imtahanlarının taleyinə gəlincə, nazir bildirib ki, Şirvan şəhərinin Təhsil Şöbəsi orada təhsilin başa çatması barədə problem olmadığını bildirib və mərkəzləşmiş qaydada buraxılış imtahanlarının keçirilməsini xahiş edib: “Digər rayonlarda da bu istiqamətdə sorğular keçirilir: “Hansı rayonda ki, çətinlik yoxdur 9 və 11-ci siniflərdə mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirəcəyik. Hansı rayonda çətinlik varsa, 11-ci sinif şagirdlərinin illik qiymətlərindən və sınaq imtahanlarının nəticələrindən asılı olaraq yekun qiymətləndirmə aparacağıq”.

M. Mərdanov onu da deyib ki, daşqın olan rayonlarda uşaq bağçalarının güclü şəbəkəsi yoxdur. Bu rayonlarda əsasən uşaq bağçaları rayon mərkəzlərində yerləşdiyindən onlara ciddi ziyan dəyməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR