Bank Of Baku

“Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin yekunlarına dair tədbir keçirilib

“Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin yekunlarına dair tədbir keçirilib
# 21 may 2010 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyi, Ombudsman Aparatı və BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, layihə Bakı şəhərində pilot seçilmiş 3 orta ümumtəhsil məktəbini əhatə edib. Layihə çərçivəsində şagirdlərə uşaq hüquqları tədris olunub. Bu şagirdlər özlərindən bir pillə aşağı siniflərdə təhsil alanlara öyrəndiklərini tədris ediblər. Tədris prosesində “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” və “Uşaq hüquqları hamı üçün” adlı tədris vəsaitlərindən istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR