Bank Of Baku

“Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda konfrans keçirilib

“Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda konfrans keçirilib
# 21 may 2010 15:14 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Bu gün “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda konfrans keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «APA-Economics»ə verilən məlumata görə, konfransda Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev, Nazirlər Kabinetinin əməkdaşı Tahir Quliyev, bir sıra dövlət təşkilatlarının nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.

Konfransdan əvvəl Sumqayıtın sosial-iqtisadi inkişafını və nailiyyətlərini əks etdirən sərgi nümayiş olunub. Konfransı giriş sözü ilə açan Vaqif Əliyev konfransın əhəmiyyətindən, görülən işlərdən danışıb. V.Əliyev şəhərin mövcud sosial-iqtisadi vəziyyətinin və gələcək inkişaf yollarının müzakirə edildiyini, sayca 8-ci olan bu elmi-praktik konfransların son illər Sumqayıtda ənənəvi hal aldığını bildirib.

Daha sonra akademik Nadir Seyidov “Azərbaycanda neft-kimya sahəsinin inkişaf yolları”, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında kadr hazırlığı”, İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin sektor müdiri Amil Əlili “Regionların sosial-iqtisadi inkişafı strategiyasında Sumqayıt şəhəri üzrə prioritet istiqamətlər”, Milli Elmlər Akademiyasının müxbir üzvü Abbasqulu Quliyev “Nanomateriallar və onların tətbiq perspektivləri” və digər mövzularda çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR