Bank Of Baku

Azərbaycanlı gəncin videofilmi ABŞ Dövlət Departamentinin keçirdiyi müsabiqənin finalına çıxıb

Azərbaycanlı gəncin videofilmi ABŞ Dövlət Departamentinin keçirdiyi müsabiqənin finalına çıxıb
# 21 may 2010 16:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. ABŞ Dövlət Departamenti tərəfindən keçirilən “Demokratiya üzrə video tapşırığı” layihəsində azərbaycanlı Vüqar Salamlının videosüjeti dünya üzrə seçilən 18 finalçı sırasındadır. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfirliyin müvəqqəti işlər vəkili Donald Lu bildirib ki, Vüqar Salamlının videosüjeti Azərbaycanın bütün dünyada yaşayan insanlarla bölüşdüyü dəyərləri əks etdirir: “Bu film həqiqətən demokratik dəyərlərin göstəricisidir. Biz belə bir mühüm mesajı sadə və eyni zamanda inandırıcı formada çatdırdığına görə Vüqarı təbrik edirik”.
“Demokratiya üzrə video tapşırığı” layihəsi qısa onlayn videofilmlərlə “Demokratiya …” cumləsinin tamamlanmasını tələb edir. İki il əvvəl bu layihə elan edildiyi vaxtdan bəri 111 ölkədən 1600-dən çox şəxs video təqdim edib və azı 1,5 milyon insan bu saytla onlayn əlaqə yaradıb.
Bu il “Demokratiya üzrə video tapşırığı” müsabiqəsinin Perudan olan tanınmış iqtisadçı, Azadlıq və Demokratiya İnstitutunun prezidenti Hernando de Sotonun sədrlik etdiyi yüksək səviyyəli jürisi finalçıların sayını 18 nəfərə kimi çatdırıb. Hər 6 coğrafi regiondan 3 videofilm seçilib. Sonda hər 6 coğrafi regiondan bir nəfər seçiləcək və bu şəxslər sentyabrda bütün xərcləri ödənməklə Vaşinqton, Nyu-York və Los-Ancelesə səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR