Bank Of Baku

Sabirabad rayonunun mərkəzində İsrail istehsalı olan sutəmizləyici qurğu quraşdırılıb

Sabirabad  rayonunun mərkəzində İsrail istehsalı olan sutəmizləyici qurğu quraşdırılıb
# 21 may 2010 20:34 (UTC +04:00)
Bakı-APA. Kür çayının daşması ilə əlaqədar Sabirabad rayonun əhalisinin içməli su təminatında yaranmış problemlər Azərsu ASC tərəfindən tədricən aradan qaldırılır. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Eyni zamanda, hazırkı şəraitdə Sabirabad rayon əhalisinin içməli suya olan tələbatı Azərsu ASC tərəfindən tam aradan qaldırılana qədər əhalinin alternativ mənbədən təmiz içməli su ilə təmin edilməsi məqsədilə ETSN tərəfindən qısa müddət ərzində İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğu gətirilərək rayon mərkəzində quraşdırılmış və istifadəyə verilib.

21 may 2010-cu il tarixində Sabirabad rayonunun mərkəzində quraşdırılmış, sutka ərzində təmizləmə gücü 60 ton olan modul tipli sutəmizləyici qurğuya Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov tərəfindən baxış keçirilib.

Baxış zamanı qurğunun effektiv çalışdığı müəyyən edilib. Hazırda istifadəyə verilmiş sutəmizləyici qurğu fasiləsiz olaraq fəaliyyət göstərir. Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su çənlərə yığılaraq rayon əhalisi tərəfindən istifadə olunur və eyni zamanda uşaq bağçalarına, məktəblərə, düşərgələrə maşınlarla daşınır.

Yaxın bir-iki gündə içməli suya əlavə tələbatın olduğu müəyyən edilərsə, ETSN tərəfindən əlavə qurğular quraşdırılacaq və təmizlənən suyun həcmi sutkada 500 tona çatdırıla biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR