Bank Of Baku

Azərbaycan ədliyyə orqanlarında vakant iş yerlərinə qəbul imtahanı keçirilib

Azərbaycan ədliyyə orqanlarında vakant iş yerlərinə qəbul imtahanı keçirilib
# 22 may 2010 08:15 (UTC +04:00)
İş yerləri üçün müraciət edənlərin əksəriyyəti gənclər və regionları əhatə edir. İmtahanın gedişini 30-dan çox yerli və beynəlxalq müşahidəçi izləyib. İmtahan 3 saat davam edəcək.

Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda 2006-cı ildən ədliyyə orqanlarına qəbul imtahanları keçirilir və bu sayca 4-cü müsabiqədir. İdarə rəisi qeyd edib ki, bu müsabiqələrin keçirilməsinə səbəb ədliyyə orqanlarında 800-dən artıq yeni iş yerinin açılması, yeni ştatların yaranması olub: “İmtahan 2 mərhələdə olacaq. Birinci mərhələdə test imtahanı, ikinci mərhələdə isə şifahi müsahibə olacaq. Bu mərhələləri keçənlər 1 ay icbari təlimə cəlb olunacaqlar və nəhayət işə qəbul ediləcəklər”. İdarə rəisi imtahandan bir saat sonra testin nəticələrinin bəlli olacağını bildirib.

Qeyd edək ki, testə 100 sual daxil edilib və maksimum bal 90 baldır. 55-dən çox bal toplayan şəxslər ikinci mərhələyə buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR