Bank Of Baku

Azərbaycan ərazisində kəskin istilər davam edəcək, hidrometeoroloqlar əhalini ehtiyatlı olmağa çağırır

Azərbaycan ərazisində kəskin istilər davam edəcək, hidrometeoroloqlar əhalini ehtiyatlı olmağa çağırır
# 09 avqust 2010 10:21 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 37-39, bəzi yerlərdə 40, axşam 28-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 10-da hava az buludlu, yağmursuz keçəcək. Şimal, şimal-şərq küləyi əsəcək. Gecə 22-26, gündüz 37-39, bəzi yerlərdə 40, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 11-də hava günəşli keçəcək. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

Avqustun 12-də hava günəşli keçəcək, şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28, gündüz 37-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 10-da hava günəşli keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda gecə 16-21, gündüz 30-35 dərəcə isti olacaq.

Avqustun 11 və 12-də hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında kəskin istilərin davam edəcəyi gözlənilir. Zəif küləklərin üstünlüyü və ayrı-ayrı saatlarda havada nisbi rütubətliyin çox olması boğanaq hissi yarada bilər. Belə hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də tənəffüs və ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün risklidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR