Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu iqlim normasından 3-3,5 dərəcə yüksəkdir

Azərbaycan ərazisində havanın temperaturu iqlim normasından 3-3,5 dərəcə yüksəkdir
# 09 avqust 2010 10:55 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, avqustun 8-də Bakı və Abşeron yarımadasında maksimal temperaturlar 34-39, Naxçıvan Muxtar Respublikasında 36-41, Aran rayonlarında 36-41 dərəcə olub. Avqustun 8-də Bakı və Abşeron yarımadasında müşahidə edilən temperatur iqlim normasından 3,2 dərəcə yüksək olub. Bugünkü temperaturun isə iqlim normasından 3-3,5 dərəcə yüksək olması proqnozlaşdırılır.
Baş hidroloqun dediyinə görə, bu ilin avqust ayı ərzində ən anomal hava şəraiti 3, 4 və 5-də qeydə alınıb. Həmin günlərdə Bakıda maksimal 39,2, Biləcəridə 40,3 dərəcə isti olub.

Ondan sonra anomal istilər hələ müşahidə edilməyib. Avqustun ilk 8 günü ərzində ən anomal hava şəraiti isə 2000-ci ilin 1 avqustunda müşahidə edilib. Həmin il avqustun 1-də Bakıda havanın temperaturu 39,6 dərəcə isti olub.

A. Verdiyevin sözlərinə görə, respublika ərazisində isti hava şəraiti bu həftənin ilk yarısına kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR