Bank Of Baku

Avropa İttifaqının ali nümayəndəsi Beynəlxalq Yerli Əhali Günü münasibətilə bəyanat verib

Avropa İttifaqının ali nümayəndəsi Beynəlxalq Yerli Əhali Günü münasibətilə bəyanat verib
# 09 avqust 2010 12:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Avropa İttifaqının ali nümayəndəsi Katerin Aşton Beynəlxalq Yerli Əhali Günü münasibətilə bəyanat verib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, bu gün Dünyanın Yerli Əhalisinin ikinci Beynəlxalq Onilliyinin (2005-2015) ortalarına qədəm qoyulub: “Buna görə də BMT-nin Yerli Əhalilərin Hüquqları haqqında Bəyannaməsində göstərildiyi kimi biz yerli əhalilərin hüquqlarının qorunması və onlara bərabər münasibətin göstərilməsini təmin etmək üçün nələrin edildiyi və daha nələrin ediləcəyi haqda düşünürük. Əldə edilmiş nailiyyətlər sırasında Avropa İttifaqının da dəstəklədiyi BMT-nin Yerli Əhalilərin Hüquqları haqda Bəyannaməsinin 2007-ci ildə qəbul edilməsi birinci yerdə durur. Yerli əhalilərin nümayəndələrinin yorulmaz təbliğatı olmadan bəyannamə əldə edilə bilməzdi. Bəyannamə dünyada yerli əhalilərin hüquqlarını genişləndirmiş, onların davamlı inkişafına təminat verir”.
Bəyanatda göstərilir ki, K. Aston Avropa İttifaqı adından real həyatda ayrı-seçkiliyə və qeyri-bərabər münasibətə son qoyulması uğrunda mübarizə aparacağına söz verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR