Bank Of Baku

Azərbaycanda internat məktəbinin şagirdləri üçün «Oyun Günü» keçirilib

Azərbaycanda internat məktəbinin şagirdləri üçün «Oyun Günü» keçirilib
# 09 avqust 2010 15:27 (UTC +04:00)
Bakı. APA-Economics – Rəşad Süleymanov. «Bakcell» şirkətinin sponsorluğu ilə Milli Olimpiya Komitəsi və Sosial Xidmətlər Təşəbbüsü Təşkilatı internat məktəbinin şagirdləri üçün «Oyun Günü» keçirib. «Bakcell» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Beynəlxalq Olimpiya Həmrəyliyi Proqramı çərçivəsində keçirilən bu tədbir Suraxanı rayonunda yerləşən 7 saylı xüsusi təyinatlı internat məktəbdə təşkil olunub.

Azərbaycanı Sinqapur Yay Olimpiya Oyunlarında təmsil edəcək yeniyetmə idmançılar buradakı xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün şən, təhlükəsiz və inklusiv oyunlar keçirib. Yeniyetmə idmançılar uşaqların idmana olan həvəsini artırmaq üçün onlarla fərdi söhbətlər aparaq, təcrübələrini bölüşüblər. «Oyun Günü» yeniyetmələrin Sinqapurda ilk dəfə olaraq keçiriləcək Olimpiya Oyunlarının əsas tərkib hissəsi olan Mədəni Təlim Proqramına hazırlıq çərçivəsində reallaşıb. Tədbirin əsas məqsədi idmançıları erkən yaşlarından sosial fəaliyyətlə məşğul olmağa ruhlandırmaq və bu sahədə təcrübə qazandırmaqdır.

«Bakcell» olaraq, biz qayğıya ehtiyacı olan uşaqları dəstəkləməkdən məmnunuq. Gənc atletlərın bəzi imkanlardan məhrum olan uşaqları dəstəkləmək üçün onlara idman oyunlarını keçməsini görmək çox gözəldir», - deyə «Bakcell» şirkətinin baş icraçı direktoru xanım İneke Botter bildirib.

Tədbirin sonunda «Bakcell» şirkətinin nümayəndəsi «Oyun günü»nün iştirakçıları üçün gətirdiyi idman formalarını və digər idman ləvazimatlarını paylayıb və uşaqlara idmanla daha ciddi məşğul olmalarını tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR