Bank Of Baku

Azərbaycan ali məktəblərinin vakant yerlərinə və orta ixtisas məktəblərinə sənəd qəbulu yekunlaşır

Azərbaycan ali məktəblərinin vakant yerlərinə və orta ixtisas məktəblərinə sənəd qəbulu yekunlaşır
# 10 avqust 2010 08:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün saat 24.00-da Azərbaycanın ali məktəblərinin vakant yerlərinə və orta ixtisas məktəblərinə sənəd qəbulu yekunlaşır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, bu gün saat 11.00-dək ali məktəblərinin vakant yerlərinə və orta ixtisas məktəblərinə 20 mindən çox abituriyent sənəd verib. TQDK rəsmisinin sözlərinə görə, bu gün saat 17.00-da 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu yekunlaşır. İndiyədək bu məktəblərə qəbul üçün 30 mindən çox abituriyent sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR