Bank Of Baku

Gəncənin Xan bağında aparılan qazıntılar zamanı insan sümükləri tapılıb

Gəncənin Xan bağında aparılan qazıntılar zamanı insan sümükləri tapılıb
# 10 avqust 2010 08:58 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədəki məşhur Xan bağında aparılan yenidənqurma işləri zamanı insan sümüklərinin qalıqları aşkarlanıb. APA-nın qərb bürosunun məlumatına görə, Rusiyada yaşayan azərbaycanlı Tofiq Məmmədov bağda aparılan bərpa-yenidənqurma işlərinə cəlb olunmuş fəhlələrdən qazıntılar zamanı insan sümükləri aşkarlandığı xəbərini eşidib və həmin sümük fraqmentlərinin müəyyən hissələrini təhqiqat aparılması üçün götürüb. Tofiq Məmmədov bildirib ki, ərazidə iri texnika işlədiyinə görə sümüklərin bəzi hissələri torpağa qarışıb, bu isə bağda dəfn olunmuş insanın şəxsiyyətini müəyyənləşdirməkdə çətinlik yarada bilər.
AMEA Gəncə Regional Elm Mərkəzinin əməkdaşı, tarix elmləri namizədi Samir Pişnamazzadə APA-nın qərb bürosuna bildirib ki, tapılan sümüklərin tədqiq olunması son dərəcə vacibdir: “Tarixi faktlara əsaslansaq, Xan bağında əsasən Ziyadxanovlar nəslinin nümayəndələri dəfn olunub. Bundan başqa görkəmli şair Abbas Səhhətin də burada dəfn olunduğu güman edilir. Xan bağı keçmiş qala divarlarına yaxın ərazidə yerləşir, Cavad xanın dövründə burada rus ordusu ilə şiddətli döyüşlər olub. Bəlkə də tapılan sümüklər həmin döyüşlərdə həlak olan və burada dəfn olunan insanlardan birinin sümükləridir”.
S. Pişnamazzadə qeyd edib ki, bu arqumentlər ərazidə arxeoloji qazıntılar aparılmasının vacibliyini təsdiqləyir: “Bundan əlavə aşkar olunan tapıntılar muzeydə eksponat kimi qorunmalıdır. Ümumiyyətlə, Xan bağında təxminən 10-dan artıq şəxsin məzarının olduğu güman edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR