Bank Of Baku

Bu ildən Sumqayıtın orta məktəblərində də vahid məktəbli forması tətbiq ediləcək

Bu ildən Sumqayıtın orta məktəblərində də vahid məktəbli forması tətbiq ediləcək
# 10 avqust 2010 13:16 (UTC +04:00)
Onun sözlərinə görə, şəhər üzrə vahid məktəbli geyiminin tətbiqi bütün sinif şagirdlərinə şamil olunacaq: “Məktəbli forması geyinmək şagirdlər üçün məcburidir və hazırda bütün məktəblərin məktəbli forması var. Bu ildən isə Sumqayıt şəhəri üzrə vahid məktəbli formasına keçid nəzərdə tutulub. Prosesin bir il müddətində başa çatdırılması planlaşdırılır”.

V. Bağırovun sözlərinə görə, yeni dərs ilində şagirdlər vahid məktəbli geyimi ilə yanaşı, əvvəlki illərin nümunəsini də geyinə bilərlər: “Kim yeni nümunədən paltar almaq istəyirsə, ala bilər. Amma kimin əvvəlki nümunədən təzə paltarı varsa, bu il onu geyinə bilər. Buna icazə verilib. Vahid formanın məcburi qaydada tətbiqi zamanı isə hamı yeni nümunədən almalı olacaq. Geyimləri Bakı Tikiş Fabriki tikəcək”.

Qeyd edək ki, bu ildən Bakının orta məktəblərində ibtidai siniflər üçün məcburi qaydada vahid məktəbli geyimi tətbiq olunacaq. Məktəbli geyiminin qiyməti 40 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR