Bank Of Baku

Azərbaycanda ali məktəblərin vakant yerlərinə, 11 illik və 9 illik təhsil bazalarından texnikumlara ixtisas seçimi üçün ayrılan vaxt uzadılıb

Azərbaycanda ali məktəblərin vakant yerlərinə, 11 illik və 9 illik təhsil bazalarından texnikumlara ixtisas seçimi üçün ayrılan vaxt uzadılıb
# 10 avqust 2010 14:19 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, ali təhsil müəssisələrinin vakant yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 11-i saat 10.00-dək uzadılır. Abituriyentlər qeyd olunan vaxtadək internet vasitəsilə qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməli və ərizələrini təsdiq etməlidirlər.

E. Nağızadə deyib ki, 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu bu gün saat 17.00-da başa çatmalı idi. Amma TQDK 9 illik bazadan da texnikumlara sənəd qəbulunun sabah saat 12.00-dək uzadılmasına qərar verib. Abituriyentlər həmin müddətədək ərizələrini doldurmalıdırlar. Amma onlar artıq onu təsdiq etdirmək ənənəvi sənəd qəbulu komissiyasına getməli deyillər. Çünki həmin komissiyaların fəaliyyəti artıq başa çatıb. Abituriyentlər ərizələrini Bakıda TQDK-da, bölgələrdə isə TQDK-nın regional bölmələrində, yəni Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR