Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi” pandemiyasının başa çatdığını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi” pandemiyasının başa çatdığını açıqlayıb
# 10 avqust 2010 15:59 (UTC +04:00)
APA-nın təşkilatın saytına istinadən verdiyi məlumata görə, M. Çan hazırda nə şimal, nə də cənub yarımkürəsində qeyri-mövsümi xəstəliklərin yayılmadığını deyib: “Lakin bu, o demək deyil ki, H1N1 virusu yoxa çıxıb. Ötən pandemiyaların təhlili əsasında biz belə nəticəyə gəlirik ki, H1N1 virusu mövsümi qrip virusu kimi özünü göstərməyə və yaxın illərdə yayılmağa davam edəcək”.

Xatırladaq ki, 2010-cu ilin əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi” pandemiyasının ən təhlükəli – altıncı səviyyəyə çatdığını açıqlamışdı. Dünyanın bir sıra bölgələrində H1N1 virusu əhalinin 20-40%-ni əhatə etmişdi. Bununla yanaşı, M. Çan virusun daha təhlükəli letal formaya keçmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR