Bank Of Baku

«Azercell» məvacibli təcrübə proqramı elan edib

«Azercell» məvacibli təcrübə proqramı elan edib
# 11 avqust 2010 11:33 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti karyerası haqqında düşünən, iri şirkətin strateji-önəmli layihələrində iştirak etmək istəyən gənclər üçün məvacibli Təcrübə Proqramının icrasına başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, proqram çərçivəsində tələbələr telekommunikasiya sahəsində bir çox bilik və bacarıq əldə etmək şansı qazanır. Şirkətin elan etdiyi Təcrübə Proqramı universitetlərin sonuncu kurs tələbələri və məzunlarına öz ideyalarını tətbiq etmək, istedadını nümayiş etdirmək üçün imkan yaradır.

Gələcək karyerasının təməlini indidən qoymaq istəyən gənclər eyni zamanda Təcrübə Proqramında elan edilən bir neçə sahəyə müraciət edə bilərlər. Bunun üçün şirkətin rəsmi saytında elektron ərizə formasını dolduraraq göstərilən ünvana göndərmək lazımdır. Yalnız ilk seçim mərhələsini uğurla keçən namizədlər növbəti mərhələyə dəvət alırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR