Bank Of Baku

Prezident İlham Əliyev «Elektron Azərbaycan» proqramını təsdiq edib

Prezident İlham Əliyev «Elektron Azərbaycan» proqramını təsdiq edib
# 11 avqust 2010 19:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı»nın (Elektron Azərbaycan)» təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir.

Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.

Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR