Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyası doktorantura hazırlığı apara biləcək ali məktəblərin siyahısını hazırlayır

Azərbaycan Milli Elmlər Akademiyası doktorantura hazırlığı apara biləcək ali məktəblərin siyahısını hazırlayır
# 12 avqust 2010 08:29 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. Onun sözlərinə görə, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən, doktoranturalar yaratmağı nəzərdə tutan ali və elmi təhsil müəssisələr tabe olduqları təşkilatlar vasitəsilə Nazirlər Kabinetinə (NK) müraciət edəcək.

Artıq Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Yanacaq və Energetika, İqtisadi İnkişaf nazirlikləri, eyni zamanda AMEA-nın bütün bölmələri onlara tabe olan təhsil müəssisələrində doktoranturaların yaradılması üçün müraciət ediblər. Hazırda həmin müraciətlər araşdırılır: “Hazırda bununla bağlı araşdırma aparılır, qaydalar əsasında müəssisələrin doktorantura hazırlığı apara bilmək imkanının olub-olmadığını müəyyənləşdiririk. Bu araşdırmalardan sonra Nazirlər Kabinetinə hansı məktəblərdə doktoranturanın yaradıla bilməsi ilə bağlı rəy verəcəyik”.

A. Həşimov deyib ki, müraciətlərin araşdırılması və rəylərin hazırlanması prosesini qısa zamanda yekunlaşdırmağa çalışırlar: “Çünki doktoranturaya qəbulun vaxtında keçirilməsi nəzərdə tutulur. Araşdırmaların gələn həftə tamamlanması gözlənilir. Bundan sonra yekun rəy Nazirlər Kabinetinə təqdim ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR