Bank Of Baku

Erməni plagiatlığından bəhs edən saytın təqdimat mərasimi keçirilib

Erməni plagiatlığından bəhs edən saytın təqdimat mərasimi keçirilib
# 12 avqust 2010 10:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Azərbaycan xalqının əqli mülkiyyətinin erməni təcavüzünə məruz qalmasının beynəlxalq aləmə bəyan etmək məqsədilə yaradılan, erməni plagiatlığından bəhs edən internet resursun təqdimatı keçirilib. APA-nın xəbərinə görə, “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin sədri Əfqan Qafarlı keçirdiyi mətbuat konfransında bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın qeyri-maddi mülkiyyətinin erməni işğalına məruz qalması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihə həyata keçirib: “Erməni piratçılığının ifşasına xidmət edən www.plagiarism-az.com ünvanlı internet saytı həmin layihə çərçivəsində yaradılıb”.
Əfqan Qafarlı saytın Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərəcəyini qeyd edib. Tədbirdə iştirak edən Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov və millət vəkili Elman Məmmədov saytın yaradılmasının müsbət bir addım olduğunu deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR