Bank Of Baku

Abel Məhərrəmov Oklahoma Milli Qvardiyasının komandanını qəbul edib - FOTO

Abel Məhərrəmov Oklahoma Milli Qvardiyasının komandanını qəbul edib - <font color=red>FOTO</font>
# 12 avqust 2010 13:11 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ABŞ-ın Oklahoma Milli Qvardiyasının komandanı, general Maylz Diringin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimovanın APA-ya verdiyi məlumata görə, görüşdə və Oklahoma universitetləri arasında cari təhsil proqramları barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
BDU-nun beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi universitetlərdən danışan rektor, bu sırada Amerika təhsil ocaqlarının da xüsusi yer tutduğunu söyləyib. O, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsindən, BDU-nun yataqxanalarında məskunlaşan məcburi köçkünlərdən söz açıb.
General Maylz Dirinq artıq 4-cü dəfə Azərbaycana gəldiyini, problemlərin eyni masa arxasında müzakirəsinin vacib olduğunu söyləyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq, ABŞ-ın Azərbaycanın arxasında olduğunu, münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxdıqlarını vurğulayıb.
Qonaq qeyd edib ki, Oklahoma Milli Qvardiyası 2003-cü ildən Dövlət Əməkdaşlığı Proqramı çərçivəsində Azərbaycanla tərəfdaşlıq edir. Bu baxımdan Oklahoma təhsil müəssisələrinin qapılarının Azərbaycan universitetlərinin, o cümlədən BDU-nun üzünə açıq olduğunu bildirib.
Nümayəndə heyəti BDU ilə tanış olub, elmi-tədqiqat laboratoriyalarına baxış keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR