Bank Of Baku

Sumqayıtda «Əhali sağlamlığı və Azərbaycanda ətraf mühitin çirklənməsi» mövzusunda seminar keçiriləcək

Sumqayıtda «Əhali sağlamlığı və Azərbaycanda ətraf mühitin çirklənməsi» mövzusunda seminar keçiriləcək
# 13 avqust 2010 11:07 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Avqustun 23-dən 26-dək Azərbaycanın Sumqayıt və onun alman partnyoru Lüdviqshafen şəhərinin birgə təşkilatçılığı ilə «Əhali sağlamlığı və Azərbaycanda ətraf mühitin çirklənməsi» mövzusunda seminar keçiriləcək. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Sumqayıt Dövlət Universitetində təşkil olunacaq seminarda Sumqayıt şəhər İcra Hakimiyyətinin, Lüdviqshafen şəhər meriyasının, «Azərsu» SC-nin, Almaniyanın BASF konserninin mütəxəssisləri iştirak edəcəklər. Seminarda çirkab sularda olan bərk tullantıların utilizasiyası məsələsi ətraflı müzakirə olunacaq, tədbir iştirakçıları BASF müəssisəsinin Sumqayıtda yerləşən istehsal sahəsi, eləcə də Sumqayıt və Bakı şəhərlərində yerləşən təmizləyici qurğuların fəaliyyəti ilə tanış olacaqlar.

Xatırladaq ki, bu layihə çərçivəsində cari ilin may ayında Sumqayıt Dövlət Universitetinin ətraf mühitin mühafizəsi kafedrasının mütəxəssisləri Lüdviqshafen şəhərində seminarda iştirak edib, çirkab suların təmizlənməsi sahəsində alman təcrübəsi ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR