Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Sumqayıtda təlim keçəcək

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Sumqayıtda təlim keçəcək
# 13 avqust 2010 15:34 (UTC +04:00)
ARDNŞ-dən APA-ya verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı birgə və səmərəli fəaliyyəti təşkil etməkdir.

Zavodun hərbiləşdirilməmiş mülki müdafiə heyətinin və FHN-in mühafizə xidmətinin 200 nəfərlik qüvvəsinin iştirak edəcəyi təlimə 10-dan artıq yanğınsöndürən maşın və texnika cəlb olunacaq. Artıq «Azərikimya» İB-də təlimlə bağlı hazırlıq işlərinə başlanıb. Təlim üçün stasionar yanğınsöndürmə, rabitə-xəbərdarlıq qurğularının hazırlanması, su təchizatı, mülki müdafiə dəstələrinin xüsusi geyim, dəbilqə və s. ləvazimatlarla təminatı məsələləri həll olunur, iştirakçılara metodiki tövsiyələr verilir.

Təlimdə FHN-in xüsusi komissiyası, Sumqayıt şəhər Mülki Müdafiə Qərargahının, Azərbaycan «Qızıl Aypara» Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin nümayəndələri iştirak edəcəklər. Sumqayıt şəhər təcili tibbi-yardım stansiyasının həkimlər briqadası təlim keçirilən müddət ərzində zavodun ərazisində növbə çəkəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR