Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkında baş vermiş yanğınla bağlı açıqlama yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkında baş vermiş yanğınla bağlı açıqlama yayıb
# 14 avqust 2010 09:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Avqustun 13-də Şahdağ Milli Parkının Qəbələ rayonundakı meşə ərazisində yanğın hadisəsinin baş vermə səbəbi hələlik tam müəyyənləşdirilməsə də, onun meşədə moruq yığan yeniyetmələrin ehtiyatsızlığından baş verdiyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın 4 ha ərazini əhatə edib. Yanğının söndürülməsində ETSN-in yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxıda yerləşən hərbi hissəsinin əsgərləri, Qəbələ rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları iştirak ediblər. Yanğını söndürülməsinə FHN-in 1 helekopteri də cəlb olunub. İlkin ehtimala görə, yanğının baş verdiyi ərazi seyrək meşəlik, əsasən kol-koslu qayalıq ərazi olduğundan meşəyə ciddi ziyan dəyməyib. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.

Nazirlikdən bildirilib ki, son günlər ölkə ərazisində havaların isti və quraqlıq keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğın baş vermə təhlükəsi artıb. ETSN-in mərkəzi və yerli qurumları bu təhlükənin qarşısının alınması məqsədilə bütün səylərini birləşdirməklə yerli müəssisələrdə zəruri avadanlıqlarla təchiz olunmuş növbətçiliklər təşkil edib. Mütəmadi olaraq əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılsa və zəruri profilaktik tədbirlər görülsə də, bəzi şəxslər və torpaq mülkiyyətçiləri yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə davam edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR