Bank Of Baku

Astarada bələdiyyəyə məxsus meşə sahəsində yanğın olub

Astarada bələdiyyəyə məxsus meşə sahəsində yanğın olub
# 16 avqust 2010 07:18 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Ötən gün saat 14.00 radələrindən başlayaraq Azərbaycanın Astara rayonunun Hamuşam kəndi ərazisində yerli bələdiyyəyə məxsus meşə sahəsində yanğın baş verib. Hamuşam bələdiyyəsinin sədri Bəxtiyar Cəbiyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, yanğın kənd sakini Əlyar Kişiyevin səhlənkarlığı ucbatından yaranıb. Belə ki, Ə.Kişiyev ona məxsus pay torpağında işlədiyi zaman çay qaynatmaq məqsədilə ocaq qalayıb. Bir müddət sonra ocağın alovu yayılaraq yaxınlıqdakı kol-koslara, daha sonra isə bələdiyyənin sərəncamındakı meşə massivinə keçib. Faktı təsdiqləyən Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Məzahim Hüseynov APA-nın yerli bürosuna dağlıq əraziyə yanğınsöndürən maşınların səfərbər edilməsinin mümkünsüz olduğunu, yanğının yerli sakinlərin qüvvəsi ilə bu gün səhər saatlarında söndürüldüyünü bildirib.

Məlumata görə, ümumilikdə 2,5 hektaradək meşə sahəsi yanğına məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR