Bank Of Baku

Yaponiya hökumətinin köməyi ilə Şəkidə çayqırağı hasar yenilənib

Yaponiya hökumətinin köməyi ilə Şəkidə çayqırağı hasar yenilənib
# 16 avqust 2010 08:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avqustun 18-də Şəkidə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Şəki rayonun Dərəhamamı və Gəncəli icmalarında çay qırağının və çaylardakı vəziyyətin yaxşılaşdırılması” layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimində Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki də iştirak edəcək.

Layihənin əsas məqsədi Dəyirmanarx və Qurcançay çay yataqlarının 6250 kvadrat metr tullantılardan təmizlənməsi, 580 m çayqırağı hasarının yenidən qurulması və gələcəkdə çayların yenidən çirkləndirilməsinin qarşısını almaq üçün yerli əhali arasında maarifləndirmə işlərinin aparılması olub. Layihənin həyata keçirilməsi nəticəsində Şəkidə bu ilin iyul ayında baş verən təbii fəlakət daha ağır nəticələrə gətirib çıxarmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR