Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu düşəcək, bəzi rayonlarda leysan və dolu yağacaq

Azərbaycan ərazisində havanın temperaturu düşəcək, bəzi rayonlarda leysan və dolu yağacaq
# 16 avqust 2010 09:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Avqustun 16-da Bakı və Abşeron yarımadasında hava günəşli olacaq, şərq, cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 36-39, axşam 27-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 17-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal, şimal-şərq küləyi əsəcək. Gündüz 35-38, gecə 21-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 18-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi əsəcək.
Havanın temperaturu gündüz 35-37, gecə 20-25 dərəcə isti olacaq.

Avqustun 19-da hava az buludlu, yağmursuz keçəcək, şimal, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Avqustun 17-də Azərbaycanın əksər rayonlarda hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 18-23, gündüz 35-38, dağlarda gecə 14-19, gündüz 26-30 dərəcə isti olacaq.

Avqustun 18-19-da hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 19-24, gündüz 36-39, avqustun 19-da bəzi yerlərdə 41, dağlarda gecə 14-19, gündüz 26-30 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında isti temperatur diskomfortu və ayrı-ayrı saatlarda havada nisbi rütubətliyin çox olması gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR